Median.Az xəbər verir ki, noyabrın 17-i saat 13 radələrində Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib, hadisə yerindən qaçıb.
Xəstəxanaya yerləşdirilmiş C.Babayev həmin gün saat 17 radələrində ölüb.
Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Şərifov saxlanılıb, ondan müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş
“İJ” markalı tüfəng götürülüb.
Xəzər rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.