Median.Az xəbər verir ki, noyabrın 18-i saat 14 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Ağsu rayon sakini Həkim Muradov vurulub.
Nəticədə piyada hadisə yerində ölüb.
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-21074” markalı avtomobilin sürücüsü, rayon sakini Kənan Məhərrəmov saxlanılıb.
RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.