Median.Az xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində, avqustun 21-də şəhər ərazisindəki evlərin birindən 1500 manat və qızıl-zinət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Sahil Hüseynli saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, tutulan şəxs daha 2 evdən pul, qızıl və məişət əşyaları oğurlayıb.
ŞPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.