Bakı Ağır Cinayətlər Məhkəməsində Həsənağa Abiyevin (2000-ci il təv.) CM-nin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il martın 22-də Binəqədi rayonunda yaçayan Həsənağa Abıyev aralarında yaranmış mübahisə zamanı tanışı Səmrah Süleymanova (1994-cü il təv.) bıçaqla xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş Kliniki Tibbi Mərkəzə yerləşdirilib və onun həyatı xilas ediblər. Həmin gün Abıyev Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin işin hallarını araşdırıb, nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin cinayət əməli CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməlidir. Beləliklə də, H.Abıyev 3 il müddətinə azadlıqdan məhrum olunub və məhkəmə iclas zalında həbs edilib.