Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Bəxtiyar Rəsulovun CM-nin 263.2-ci (yol nəqliyyat qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il mayın 8-də Binəqədi qəsəbəsində, qəsəbə sakini Bəxtiyar Rəsulov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Nəticədə onun sərnişini - Abşeron rayon sakini Firuddin Rəsulov ağır xəsarət alıb və xəstəxanaya aparılarkən yolda ölüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.