Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzillərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini Elməddin Məmmədli saxlanılıb.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.