Bakıda avtomobil qaçıran 5 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Bakıda avtomobil qaçıran 5 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Təhlükəsiz Şəhər Xidməti və Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 8-də Bülbülə qəsəbəsindən, qəsəbə sakini Elxan Heydərovun “VAZ-21063” markalı avtomobili qaçıran Bakı şəhər sakini İbrahim İbrahimov, noyabrın 11-də Zabrat qəsəbəsi ərazisində avtomobillə birlikdə saxlanılıb.

Bundan başqa, Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bünyatova məxsus
“Geely” markalı avtomobili qaçıran Polad Nazarov saxlanılıb.

Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Babək Əzizliyə məxsus
“VAZ-2107” markalı avtomobili qaçıran Mirəli İbrahimli saxlanılıb.

Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları noyabrın 4-də Mehman Tarverdiyevin “VAZ-2107” markalı avtomobilini qaçıran Türkan qəsəbə sakini Vüqar Mustafayev saxlanılıb.

Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şirkətlərdən birinə məxsus “Toyota” markalı avtomobili qaçıran qrupun digər üzvü - Əlisoltan Cavadov saxlanılıb. Araşdırma zamanı, onun oktyabrın 17-də “Hyundai” markalı avtomobildən 600 manat və 100 dollar oğurlaması müəyyən edilib.

Faktlarla bağlı istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 397 15.11.18 11:39