Median.Az xəbər verir ki, CM-nin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Haldun Hacıyev (1983-cü il təv.) Türkiyə Respublikasında saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
Məlumata görə, Haldun Hacıyev barəsində ötən il cinayət işi başlanılıb, lakin o istintaqdan yayındığına görə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İnterpol həmin qərar əsasında H. Hacıyevi beynəlxalq axtarışa verib.