Median.Az xəbər verir ki, Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini E.Əsgərov RPŞ-nə müraciət edərək, kəndin ərazisində ona məxsus pay torpaq sahəsini şumlatdırarkən içərisində narkotik vasitə olmasını ehtimal etdiyi 9 ədəd bağlama tapdığını bildirib.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı həmin bağlamanın içərisində 4 kq. 960 qram heroin, 895 qram tiryək və 198,339 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.