Median.Az xəbər verir ki, noyabrın 8-də Xəzər rayonu ərazisində naməlum şəxs paytaxt sakini S.Orucovaya zor tətbiq edib, onun mobil telefonunu ələ keçirib.
Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Asif Rəfiyev saxlanılıb.
RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.