Median.Az xəbər verir ki, Tovuz RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Azad Ələkbərovu və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Qurbanovu saxlayıblar.
Məlum olub ki, ötən gün saxlanılan şəxslər maskalarda Hacallı kənd sakini Zərniyar Səmədovanın yaşadığı evə qanunsuz daxil olub, qadına zor tətbiq edərək pul və qızıl-zinət əşyaları verməsini tələb ediblər. Lakin zərərçəkmiş müqavimət göstərdiyi üçün, quldurlar hadisə yerindən qaçıblar.
Tovuz RPŞ İstintaq bölməsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.