DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 20-də rayon ərazisindəki evdən 200 manat, noutbuk, mobil telefon, 3 ədəd qol saatı və müşahidə kamerası oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Qoşqar Ağarzayev saxlanılıb.
Lənkəran ŞRPŞ İstintaq bölməsində CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.