Median.Az xəbər verir ki, oktyabrın 16-da Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində naməlum şəxs şəhər sakini T.Miriyevə zor tətbiq edərək mobil telefonunu əlindən alıb.
Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Loğman Mirzəzadə saxlanılıb.
ŞPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.