Bakı Ağır Cinayətlər Məhkəməsində Racxan İbahimovun CM-nin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, Racxan İbrahimov yaxın münasibətdə olduğu Ellada Əlizadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş xəstəxaya çatdırılıb və onun həyatını xilas olunub.
Racxan İbrahimov polis əməkdaşları tərəfindən saxlanılıb. İş üzrə dindirilmiş R.İbrahimov sevdiyi qadını qısqanclıq zəminində bıçaqlandığını bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.