Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Samir Ramazanovun CM-nin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il aprelin 18-də Samir Ramazanov Bakı şəhər sakini Rəsul Bayramova qarşı quldurluq edərək, ona məxsus 50 manat pulu ələ keçirib. Səhərisi gün
Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş S.Ramazanov saxlanıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.