Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Anar Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 79 qrama yaxın tiryək və 69 qram heroin götürülüb.
Araşdırma zamanı, ona narkotiki satan mənbə müəyyən edilib və Bakı şəhər sakini olan qadın polis əməkdaşları tərəfindən tutulub.
Bundan başqa, DİN Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəkər kənd sakini Elşən Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobildən 430 qram marixuana aşkar edilib.
Suraxanı RPİ 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini Azər İmanovdan 480 qram marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.