Median.Az xəbər verir ki, Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, oktyabrın 29-da Bakı şəhər sakini V.Abbasovun pulunu soyğunçuluq yolu ilə ələ keçirən paytaxt sakini, əvvəllər məhkum olunmuş Toğrul Əliyev saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.