Median.Az xəbər verir ki, Nizami RPİ-nin 24-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini C.İsmayılov oktyabrın 28-də rayon ərazisindəki qəbiristanlıqda 2 nəfərin onu döyərək pulunu və 2 ədəd mobil telefonunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Sənan Səlimov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Abdullayev saxlanılıblar.
Araşdırma zamanı, onların ayın 27-də soyğunçuluq yolu ilə Bərdə rayon sakini olan bir yeniyetmənin pulunu və mobil telefonunu aldıqları müəyyən edilib.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.