Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 22-də rayon ərazisindəki evdən noutbuk, samovar və geyim əşyaları oğurlayan əvvəllər məhkum olunmuşlar - Zərdab rayon sakini Valeh Həsənov və Kəlbəcər rayon sakini Samir Orucov saxlanılıblar.
Araşdırma zamanı, S.Orucovun oktyabrın 20-dən 28-dək olan müddtədə daha 3 evdən pul və qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.
Bundan başaq, Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində, oktyabrın 29-da ticarət mərkəzində Abşeron rayon sakini Rəvan Nəsirovun 90 manat pulunu piştaxtanın üzərindən oğurlayan Neftçala rayon sakini Emin Məmmədovu saxlayıblar.
Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Azad Vəliyevi saxlayıblar. Məlum olub ki, o vətəndaş R.Vəliyevin, içərisində 110 manat, 60 avro, 6 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını oğurlayıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.