Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Mircəlal Süleymanovun CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il iyulun 12-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş vermiş dava zamanı qəsəbə sakini Mircəlal Süleymanov həmyerlisi Hacıağa Əliyeviə bıçaqla xəsarətlər yetirib. Nəticədə sonuncu 3 sayləı şəhər klinik xəstəxanasına çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb, cinayəti törədən şəxs isə Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq mərhələsində M.Süleymanov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il müddətinə azadlıqdan məhrum olunub və o, iclas zalında həbs edilib.