Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-dan 27-dək olan müddətdə rayon ərazisindəki evdən 12.000 dollar və qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Akulov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-ni 177.2.3-cü (oğurluq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.