Median.Az xəbər verir ki, oktyabrın 25-i saat 22 radələrində DİN “102 – Zəng Mərkəzi”nə Suraxanı rayonu ərazisindəki marketlərin birindən soyğunçuluq edilməsi barədə müraciət daxil olub.
Araşdırmaya başlayan Suraxanı RPİ 33-cü polis bölməsinin əməkdaşlarına məlum olub ki, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsindəki marketə girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib. Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib, ordan qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elməddin Bayramov saxlanılıb.
Suraxanı RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.