Median.Az xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evdən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bərdə şəhər sakini Zamin Qurbanlı saxlanılıb.
Araşdırma zamanı, onun oktyabrın 24-də daha bir evdən 200 manat, 80 dollar, 14000 rus rublu, habelə qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.
Bərdə RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.