Bakı Ağır Cinayətlər Məhkəməsində Məsud Müzəffərovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ittiham aktına görə, bu ilin aprel ayında "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazadasında Məsud Müzəffərov həyat yoldaşını Aytəkin Müzəffərovanın başına benzin tökərək, ona od vurub. Nəticədə ağır dərəcəli yanıq xəsarətləri alan qadın dünyasını dəyişib.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılan M.Müzəffərov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.