Median.Az xəbər verir ki, bu il iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindəki fermaya, sərxoş vəziyyətdə gələn rayon sakini Abil Əliyev münaqişə zəminində oranın sahibi Cəmil Əliyevi tapançayla öldürəcəyi ilə hədələyib və sonuncu onun əlindən silahı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb. Xəsarət alan olmayıb.
Keçirilmiş tədbirlərlə A.Əliyev Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan tapança, içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb.
Dindirilmə zamanı, Abil Əliyev tapançanı Ağstafa şəhər sakini Qurban Yusifova məxsus, Poylu kəndi ərazisindəki çoban işlədiyi fermadakı dolabdan tapdığını bildirib.
Davam etdirilən tədbirlərlə Q.Yusifov da saxlanılıb. Öz növbəsində o ifadəsində, qeyd edilən “Beretta-1934” markalı silahı tapdığını göstərib.
Ağstafa RPŞ İstintaq bölməsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb.