Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Sultanovdan 345 qram marixuana aşkar edilib.
Bundan başqa, Lənkəran ŞRPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Müşfiq Ağayevdən 90,406 qram heroin götürülüb.
Faktlarla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.