Bakı Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlının (1993-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bi il yanvarın 20-i gecə saat 2 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı kirayə mənzildə
ailə münaqişəsi zəminində arvadı Güneli (1997-ci il təv.) yastıqla boğaraq qətlə yetirib. Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən E.Qəhrəmanlı həmin gecə saxlanılaraq, istintaqa təhvil verilib.
İlkin dindirmə zamanı saxlanılan şəxs yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib. Məlum olub ki, cütlük yaxın vaxtlarda ailə qurub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.