Median.Az xəbər verir ki, Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Alpout kənd sakini, əvvəllər məhkum olunmuş Nəriman Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana götürülüb.
Daha sonra onun yaşadığı evin zirzəmisindən əlavə olaraq 4 kq. 125 qram marixuana aşkar edilib.
Ucar RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.