Median.Az xəbər verir ki, paytaxt sakini Eşqin Gülalıyev Nizami RPİ 25-ci polis şöbəsinə müraciət edərək Qara Qarayev prospekti, 1 ünvanında tanımadığı şəxsin ona kəsici alətlə hədə-qorxu gələrək mobil telefonunu əlindən aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Bayramov saxlanılıb.
İş üzrə toplanmış material Nizami RPİ İstintaq şöbəsinə göndərilib.
Fotodakı şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-nin “102” Zəng Mərkəzinə, Nizami RPİ və ya 25-ci polis şöbəsinə müraciət edə bilərlər.