Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Rəfayıl Feyziyevin CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayonunda Sumqayıt şəhər sakini Rafət Feyziyeva (1982-ci il təv.) əri Rəfayıl Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisədən sonra o könüllü Sumqayıt şəhər Polis İdarəsinə (ŞPİ) gələrək polisə təslim olub.
Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun bədən səthində 18 ədəd dəşilmiş-kəsilmiş yara aşkar edilib, onun ölümünə kəskin qanitirmə səbəb olub.
Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrum olunub.