Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Rusif Tərlanov saxlanılıb. Ondan 1 kq.-dan artıq heroin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb.