Median.Az xəbər verir ki, oktyabrın 21-də Hövsan qəsəbəsi ərazisindəki evlərin birinin girişində Aleksey Çesnakov münaqişə zəminində arvadı Qalina Sapkinaya və onun rəfiqəsi Elmira Mirzəyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə zərərçəkmişlər 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.
Suraxanı RPİ 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Çesnakov saxlanılıb.
Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.