Regionlarda mal-qara oğurluğuna görə 3 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:54 Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - VİDEO  |     17:48 Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub  |     17:40 Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qalıb  |     17:20 Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO  |     17:05 Şərura dolu düşüb  |     16:46 XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım etdi  |     16:45 Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır  |     16:20 Keçmiş məhkumlar narkotiklə tutuldular  |     16:12 PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”  |     16:07 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     14:59 Azərbaycanda zəlzələ olub  |     14:41 Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ  |     14:19 Bakıda 55 yaşlı qadının meyiti tapıldı  |     14:10 Bakıda ağacəkmə aksiyası keçirilib  |     14:09 Əli Əsədov Türkiyəyə səfər edəcək  |     14:07 Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - FOTO/VİDEO  |     14:05 Xətaidəki qəzada 13 yaşlı oğlan xəsarət alıb  |     14:05 Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb  |     13:45 Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA  |     13:44 Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib  |    

Regionlarda mal-qara oğurluğuna görə 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon sakini Tural Nəsibovun 1 baş inəyini oğurlayan rayon sakini Aslan Tağıyev saxlanılıb. Araşdırma zamanı, onun ötən ilin iyun-iyul aylarında daha 3 nəfərə məxsus 5 baş atı kəndin otlaq sahəsindən oğurlaması məlum olub.

Bundan başqa, Ağstafa RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Yaqub Abadovun yardımçı təsərrüfatından 12 baş qoyun oğurlayan rayon sakini Mahir Həsənovu saxlayıblar.

Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də R.Rzayevin həyətyanı sahəsindən 9 baş qoyun oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Qasımov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 575 19.10.18 13:09