Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayon sakini Tural Tarverdiyevin CM-nin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 157.1-ci (zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.
Median.Az xəbər verir ki, ötən il dekabrın 10-da Bülbülə qəsəbə sakini Tural Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan bacısının evinə gəlib. Aralarında yaranmış ailə-məişət zəmnində Tarverdiyev yeznəsi Anar Rəsulova və onun atası Vaqif Rəsulova ov tüfəngindən atəş açaraq, hadisə yerindən qaçıb. Ağır yaralanan ata və oğul 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Həkimlər onların həyatlarını xilas ediblər. Həmin gün T.Tarverdiyev Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 11 il 6 ay cəza təyin olunmasını xahiş edib.
Növbəti proses oktyabrın 25-nə təyin olunub.