Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə paytaxt ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə, ümumilikdə 12 qadının çantalarından mobil telefonlarını oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Hüseynov saxlanılıb.
Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 18-də vətəndaş A.Cəfərovun 450 manat pulunu və 2 ədəd mobil telefonunu oğurlayan Neftçala rayon sakini Samid Rəsulov saxlanılıb.
Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 6-da bir avtomobildən 300 manat və sənəd oğurlayan Lökbatan qəsəbə sakini Vüqar Zeynalov saxlanılıb.
Qaradağ RPİ 38-ci polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 16-da Sahil qəsəbəsi ərazisindəki bərbərxanadan, qəsəbə sakini R.Məmmədzadənin 190 manat pulunu oğurlayan Orxan Abbasov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.