Median.Az xəbər verir ki, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Potu kəndi ərazisindəki kafedə, şəhər sakini olan bir qadının 420 manatını soyğunçuluq yolu ilə ələ keçirən kənd sakini Fuad Abdullayev saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.