Median.Az xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.İsmayılovanı saxlayıblar.
Müəyyən edilib ki, qadın oktyabrın 8-də Gərmətük qəsəbə sakini olan azyaşlı qızın qulağındakı bir cüt qızıl sırğasını açıq talama yolu ilə ələ keçirib.
ŞRPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.