Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini Səlim Mirzəbəyovun (1979-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Median.Az xəbər verir ki, bu il iyulun 8-i axşam saat 23 radələrində Qusar rayonun Gedəzeyxur kəndində keçirilən toy mərasimində kənd sakini Səlim Mirzəbəyov şəxsi münaqişə məclisə Bakının Xəzər rayonundan qonaq gələn İlham Qədirovu (1988-ci il təv.) bıçaqlayıb. Sonuncu xəstəxanaya aparılarkən yolda kəskin qanitirmədən dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, İlham Qədirov Elnur Babayevin toyuna gəlib. Onunla bəyin dayısı Səlim Mirzəbəyov arasında rəqs etmək üstündə mübahisə düşüb. Nəticədə Mirzəbeyov qonağa bıçaqla xəsarətlər yetirib.
İş üzrə hazırlıq iclası oktyabrın 26-na təyin edilib.