Median.Az xəbər verir ki, M.Həsənov küçəsində fəaliyyət göstərən aptekdə əczaçı işləyən Hilal Həsənov Yasamal RPİ 29-cu polis şöbəsinə müraciət edərək, tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gəlib, obyektin kassasından 2000 manat pulu quldurluq yolu ilə ələ keçirərək, hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törədən Siyəzən rayon sakini Emin Adilov saxlanılıb. O, dindirilərkən cinayəti törətdiyini etiraf edib. Araşdrıma zamanı, Adilovun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətməsi məlum olub.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi” xidmətinə, Yasamal RPİ və ya 29-cu polis şöbəsinə müraciət edə bilərlər.