Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları Bakı şəhər sakinləri Hüseyn Əliyevi və Nağdəli Dadaşovu saxlayıblar.
Müəyyən edilib ki, onlar üzlərinə maskalar geinib, ötən gün saat 18 radələrində Buzovna qəsəbəsində yaşlı qadının evinə basqın edib, ona xəsarət yetiriblər. Quldurlar evdən 1000 manat pulunu və mobil telefonunu aparıblar.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.