Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da şəhər ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Cabbarovu saxlayıblar.
Araşdırma zamanı, onun oktyabrın 12-dən 14-dək olan müddətdə şəhərdə daha iki vətəndaşın mobil telefonlarını oğurlaması müəyyən edilib.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.