Median.Az xəbər verir ki, oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin, içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə RPŞ-nə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İbrahim Muradov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.