Median.Az xəbər verir ki, oktyabrın 7-nə keçən gecə Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki mağazadan oğurluq edilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.
Məlumatla əlaqədar 29-cu polis şöbəsinin əməkdaşları müəyyən ediblər ki, telefon satışı mağazasından 11 ədəd telefon və 1 ədəd noutbuk oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Vəliyev saxlanılıb. Mobil telefonların bir neçəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.