Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ramazanovdan narkotik vasitə olan marixuana aşkar edilib. Bundan sonra onun yaşadığı evdən əlavə olaraq 800 qram marixuana götürülüb.
Bundan başqa, Ağcabədi RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında şəhər sakini Niyaməddin Həsənovun evindən 2 kq. 700 qram marixuana götürülüb.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Bəkirzadədən 36 qram, evindən isə 455 qram marixuana və 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktlarla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə cinayət işləri başlanılıb.