Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən oktyabrın 10-da rayon ərazisindəki köşkdən 35 manat pul, tütün məmulatı, danışıq kartları, spirtli və sərinləşdirici içkilər, habelə məişət əşyaları oğurlayan Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Xalıq Rzayev saxlanılıb.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.