Median.Az xəbər verir ki, oktyabrın 12-də Lənkəran şəhəri ərazisindəki bazarda naməlum şəxs şəhər sakini Azər Kişiyevə zor tətbiq edib 300 dollarını ələ keçirib.
Daxil olan məlumat əsasında əməliyyat keçirən Lənkəran ŞRPŞ-nun əməkdaşları İstisu qəsəbə sakini Fərid Əlizadəni saxlayıblar.
ŞRPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.