Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il dekabrın 5-dən bu il sentyabrın 21-dək olan müddətdə 5 vətəndaşın mobil telefonlarını və pulunu oğurlayan Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Həsrət Fərəcov saxlanılıb.
Gəncə ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.