Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 10-da paytaxt sakini R.Məmmədovun 380 manat pulunu quldurluq yolu ilə ələ keçirən Bakı şəhər sakini Dəyanət Yusifov saxlanılıb.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.