Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Mehman Heydərovu saxlayıblar.
Onun yaşadığı evə baxış zamanı müxtəlif sellofan paketlərdə və kibrit qutularında 7 kq.-dan artıq marixuana aşkar edilib. Bundan əlavə, evdən 1 ədəd tir tüfəngi, 1 ədəd snayper tüfənginə məxsus optik nişangah və kustar üsulla hazırlanan xəncər götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.