Median.Az xəbər verir ki, DIN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları əldə etdikləri məlumat əsasında Cəlilabad rayonu ərazisində, şərti alıcıya 1 kq.-dan artıq tiryək satan əvvəllər məhkum olunmuş, Xəlilabad kənd sakini Nemət Əsədullayev saxlanılıb.
Faktla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb.